“Bakı Fond Birjası”nın dövriyyəsi 2 dəfədən çox artdı

Bu ilin yanvar-may aylarında “Bakı Fond Birjası” QSC-də (BFB) bütün maliyyə alətləri üzrə bağlanmış əqdlərin ümumi dəyəri 14 milyard 686,649 milyon manat təşkil edib.

Yenicag.az BFB-yə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,3 dəfə çoxdur.

Son 1 ildə bağlanmış əqdlərin sayı isə 31 % artaraq 5 833 olub.

BFB-nin dövriyyəsinin 22,15 %-i, yaxud 3 milyard 253,16 milyon manatı dövlət qiymətli kağızlarının payına düşüb. Bu, illik müqayisədə 31,3 % çoxdur.

Hesabat dövründə korporativ qiymətli kağızlar bazarı üzrə əqdlərin dəyəri təxminən 50,6 % artaraq 846,638 milyon manat, repo əməliyyatları üzrə əqdlərin dəyəri təxminən 3,2 dəfə artaraq 10 milyard 586,852 milyon manat olub.

COP29