Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

"Bakı forumu yeni ideyaların başlanğıcıdır" - Latviyanın sabiq prezidenti

Bu gün Bakıda Diasporla iş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Qlobal Gənc Liderlər Forumu başlayıb.

Yenicag.az xəbər verir ki, forumda iştirak edənlər arasında Latviyanın sabiq prezidenti Valdis Zatlers də var.

Sabiq dövlət rəhbəri jurnalistlərə açıqlamasında sözügedən forumun əhəmiyyətindən danışıb:

“Bu forum müxtəlif ölkələrin fərqli mədəniyyətlərindən olan insanların təcrübəsi ilə qarşılaşdığı yerdir. Tədbir sayəsində biz onların bu rəngarəng dünyadakı rolunu müəyyən etməyə çalışırıq. Bakı bu cür tədbirlərin keçirilməsi üçün ən yaxşı məkanlardan biridir. Çünki şəhər belə beynəlxalq tədbirlərin keçirilməsində zəngin təcrübəyə malikdir. Bu, gənclərin də cəlb edilməsi ilə yeni ideyaların başlanğıcıdır”.

Yenicag.az

 

www.yenicag.az

675
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100