“Bakı Forumun sonunda verilən tövsiyələri səbirsizliklə gözləyirəm” – Latviya

“Latviya ilə Azərbaycan arasında münasibətlər inkişaf edib. Onlar Avropa və dünya üçün çox əhəmiyyətlidir”.

Yenicag.az xəbər verir ki, bunu Latviya Prezidenti Egils Levits X Qlobal Bakı Forumunun açılışında deyib.

O xatırladıb ki, Azərbaycan COVID-19 pandemiyasından sonra aparılan diskussiyalarda aparıcılıq edib:

“Bu konfrans çərçivəsində iştirakçılar bir çox məsələləri gözdən keçirəcəklər. Mən Forumun sonunda verilən tövsiyələri səbirsizliklə gözləyirəm”.