“Bakı ilə 3 prinsip razılaşdırıldı” – Paşinyan

Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması reallığa çevrilə bilər.

Yenicag.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan oktyabrın 30-da parlamentin iclasında deyib.

O bildirib ki, Azərbaycanla razılaşdırılmış 3 əsas sülh və nizamlanma prinsipi var:

“Əgər bu prinsiplərə əməl olunsa, sülh müqaviləsinin imzalanması reallığa çevriləcək”.