Bakı ilə əlaqələr strateji xarakter daşıyır! – Si Szinpin

Azərbaycanla Çin arasında əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır və yüksək səviyyədə inkişaf edir.

Yenicag.az xəbər verir ki, bunu Çin Xalq Respublikasının Sədri Si Szinpin sentyabrın 15-də Səmərqənddə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə görüşü zamanı deyib.

“Sizin Azərbaycan ilə Çin arasında əlaqələrin inkişafına mühüm əhəmiyyət verməyinizi çox yüksək qiymətləndiririk. Biz əlaqələrimizin strateji səviyyədə hərtərəfli inkişafını dəstəkləyirik”, – Si Szinpin bildirib.