“Bakı ilə İrəvanı yaxınlaşdırmaq cəhdlərimizi davam etdiririk” – O`Brayn

“Bakı ilə İrəvanı yaxınlaşdırmaq səylərimizi davam etdiririk”.

Yenicag.az xəbər verir ki, bunu ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Ceyms O`Brayn deyib. O, Ermənistan-Azərbaycan münasibətlərindən danışıb.

Jurnalistin son münaqişələrin diplomatiyanı və ya diplomatik marşrutun potensialını necə çətinləşdirdiyi barədə sualına O’Brayn belə cavab verib:

“Hesab edirəm ki, mövcud gərginlik sadəcə olaraq daha böyük diplomatiyanın vacibliyinə işarə edir. Amma mən konkret hərəkətlər barədə spekulyasiya etmək istəmirəm. Ona görə də biz tərəfləri bir araya gətirməyə çalışırıq”.

Xuraman Etibarlı

COP29