İşğal etdiyi Azərbaycan torpaqlarını boşaltması üçün Ermənistana konkret vaxt verilməsi təklif olunur.
Yenicag.az xəbər verir ki, belə bir təklif “Atlas” Araşdırmalar Mərkəzinin “Dağlıq Qarabağ: 2018-ci ilin yekunları” adlı hesabatında yer alıb.
Hesabat müəllifləri başa çatmaqda olan 2018-ci ildə Qarabağ münaqişəsinin həlli istiqamətində irəliləyiş olmadığını vurğulayıblar. Bunu nəzərə alan Mərkəzin ekspertləri Azərbaycanın Ermənistana işğal altındakı ərazilərdən çəkilməsi üçün ultimatum verməsini təklif ediblər.
“Son bir neçə aydır cəbhə bölgəsində sakitlikdir, atəşkəsin pozulması halları minimuma enib. Bu, rəsmi Bakının Nikol Paşinyana verdiyi bir şans idi. Rəsmi Bakı istəyirdi ki, Ermənistanda parlament seçkisində Paşinyana problem yaratmasın. Paşinyan bundan istifadə edərək “Qarabağ klanını” həm hakimiyyətdən, həm də parlamentdən uzaqlaşdırdı. Rəsmi Bakı 2019-cu ilin birinci yarısında Paşinyanın Qarabağ münaqişəsinin həllində addım atmasını gözləyəcək. Belə bir addım atılmasa, bölgədə vəziyyət gərginləşəcək. Azərbaycan ordusu fəallaşacaq.
Mümkündür ki, rəsmi Bakı İrəvana ultimatum versin. Regional şərait də Azərbaycan üçün əlverişlidir. Rəsmi Bakı bu vəziyyətdən istifadə edə bilər. Bakının Nikol Paşinyana ultimatumunun mətni belə ola bilər: “Ermənistan ordusu yaxın 3 ayda Dağlıq Qarabağ ətrafındakı torpaqları boşaltmalıdır. Əks halda, Azərbaycan məcburi addımlar atacaq”, deyə hesabatda bildirilib.