Bakı işıqsız qaldı – SƏBƏB

Bir qədər əvvəl Bakının bir hissəsinin elektrik enerjisi ilə təchizatında problem yaranıb.

“Azərişıq” ASC-dən Yenicag.az-a verilən məlumata görə, hadisəyə səbəb yarımstansiyalardan birinin fəaliyyətində yaranan nasazlıqdır.

Hazırda problemin aradan qaldırılması üzrə işlər həyata keçirilir.