“Türk Hava Yolları” (THY) Bakı-İstanbul təyyarə reysini təxirə salıb.
Məlumata görə yanvarın 17-də İstanbul Atatürk Aeroportundan həyata keçirilən uçuşlar fırtınalı hava şəraiti ilə əlaqədar təxirə salınıb. Kəskin hava şəraiti ilə əlaqədar THY sabah üçün ümumilikdə 45 aviareysi müvəqqəti dayandırıb.
Xatırladaq ki, yanvarın 16-na nəzərdə tutulan İstanbul-Bakı aviareysi də təxirə salınıb.