Bakı klubuna texniki məğlubiyyət verildi

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Yenicag.az xəbər verir ki, iclasda qəbul edilən qərara əsasən birinci divizionda çıxış edən MOİK-ə texniki məğlubiyyət verilib.

Buna səbəb isə sözügedən klubun Divizionun XVIII turu çərçivəsində “Binə” ilə keçirilən oyunda cəzalı futbolçunun xidmətindən istifadə etməsidir.

Bu səbəbdən kluba 0:3 hesablı texniki məğlubiyyət verilib. Eyni zamanda, klub 400 manat cərimə olunub.

COP29