Bakı klubunda oynamış futbolçuya ömürlük cəza

Belarus Futbol Federasiyası danışılmış oyunlarda iştirak edən şəxsləri cəzalandırıb.

Yenicag.az xəbər verir ki, bunların arasında vaxtı ilə Bakının “İnter” (“Keşlə) klubunda çıxış etmiş Vladimir Makovski də var.

Federasiyanın Etika Komissiyasının qərarına əsasən Makovski ömürlük futboldan uzaqlaşdırılıb. O, 2013-2016-cı illərdə “İsloç” klubunu çalışdırarkən danışılmış oyunlarda iştirak edib.

Qeyd edək ki, Belarus millisinin sabiq hücumçusu Mixail Makovski 2005-2006-cı illərdə “İnter”in uğurları üçün çalışıb.

Maraq üçün onu da bildirək ki, Makovski 6 gün öncə “Molodeçno” klubuna baş məşqçi təyin olunmuşdu.