Bakı klubundan yeni transfer

“Sabah” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Yenicag.az-ın məlumatına görə, Azərbaycan Premyer Liqasının debütantı ukraynalı qapıçı Dmitri Bezruku komandaya cəlb edib. 23 yaşlı qapıçı ilə 3 illik müqavilə imzalanıb. Bezruk paytaxt klubunda 32 nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, Ukraynanın “Çernomorets” (Odessa) klubunun yetirməsi olan Dmitri Bezruk peşəkar karyerasında yalnız bu komandada çıxış edib. O, Ukraynanın U-17, U-19 və U-21 millilərinin şərəfini qoruyub.

COP29