Azərbaycan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına hər hansı bir status üçün müraciət etməyib və gündəliyimizdə bu əsnada hər hansı müzakirə aparılmır.
Yenicag.az-ın məlumatına görə, bunu Azərbaycan Prezidenti Administrasiyasının Xarici siyasət şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
H.Hacıyev bu məsələnin son zamanlar çox şişirdilməsini Ermənistan tərəfinin müxtəlif səviyyədə fobiya və kompleksləri kimi dəyərləndirib:
“Görünür, Ermənistan hər bir məsələni diplomatik çərçivədən də kənar bir şəkildə müzakirə etmək istəyir”.