“Bununla ikinci dəfədir Rəşid Behbudov küçəsində taksiyə minməli oluram. Avtobuslar üçün çəkilən yol imkan vermir ki, taksiyə minək. O xəttə keçən kimi, 100 manat cərimə edilirlər”.
Yenicag.az xəbər verir ki, bu barədə “Hədəf” şirkətlər qrupunun baş direktoru Şəmil Sadıqov sosial şəbəkə hesabında yazıb.
O qeyd edib ki, vətəndaş gərək dördgöz olsun, taksi ordan keçəndə özünü yola atıb, bir xətti o tərəfə keçsin.
“Çox təhlükəli bir durum yaranır. Qaş alanda vurub gözün çıxarmaq kimi bir şeydir. Bunu düzəldəndə onu da nəzərə almaq o qədər çətin məsələ idi ki, görəsən!”, – deyə o bildirib.