!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakı Limanında II faza üzrə tikintiyə hazırlıq gedir

!Reklam – Yazi

Bakı Limanının II fazası ilə bağlı texniki-əsaslandırma işləri gələn ortalarına qədər başa çatdırılacaq.

Yenicag.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin Baş direktoru Taleh Ziyadov bildirib.

“I faza ilə bağlı işləri Niderland şirkəti görmüşdü, II faza da ona həvalə edilib. Limanın Baş Planına görə, onun 2 fazadan ibarət inkişaf strategiyası var. Birinci fazasının 15 milyon ton yük, 100 min konteyner ötürmə qabiliyyəti var. Son hadisələrdən sonra konteynerlə yüka şırılmasında ciddi artım müşahidə edilir. 30 %-dən çox artım var. Bu tendensiya davam etdiyi halda I faza kifayət etməyəcək. Ona görə də, Prezident İlham Əliyev müvafiq tapşırıqlar verib və II faza üçün hazırlıq prosesi gedir. Gələn ilin ortalarına qədər ikinci fazanın hansı formada olması müəyyən olacaq və bundan sonra, onun işlədilməsi ilə bağlı qərarlar qəbul ediləcək. Bakı Limanından 25 milyon tona qədər yük aşırıla biləcək. İlkin təxminlərə görə, II fazadan sonra illik 500 min konteyner Bakı Limanından keçə biləcək”, – deyə o qeyd edib.

Xatırladaq ki, Bakı Limanının inşasının birinci mərhələsi 2018-ci ildə yekunlaşıb və bununla da limanın yükaşırma həcmi 100 000 TEU konteynerdə daxil olmaqla illik 15 milyon ton olub. Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat qovşaqlarının kəsişməsində yerləşən, yüksək texniki imkanlara malik, əməliyyatlar sahəsində nümunəvi rəqəmsal və yaşıl həllər tətbiq olunduğu Bakı Limanının yükaşırma həcmi hər il artır.

Eyni zamanda dünyada formalaşan yeni reallıqlar fonunda tranzit ölkə kimi Azərbaycanın əhəmiyyətini artırır və bu amil də ölkəmizin ən böyük dəniz qapısı, logistika mərkəzi olan Bakı Limanının cəlbediciliyini artır. Hazırda Liman, gələn yük həcmini qarşılamaq imkanında olsa da, yaxın gələcəkdə bu həcmin daha çox artacağı ilə bağlı real proqnozlar, ikinci fazanın tikintisinə qısa zamanda başlanılmasını zəruri edir.

www.yenicag.az

330
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv