Bu gün Bakıda Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən ənənəvi “Bakı Marafonu” baş tutub.
Yenicag.az xəbər verir ki, qadınlar arasında birinci yeri türkiyəli Fatimə Çelik tutub. O, 1 saat 17 dəqiqə 55 saniyə göstərici ilə finişə birinci çatıb. Ukraynalı Valentina Paltovska ikinci, rusiyalı Anastasiya Petrova üçüncü olub.
“Bakı Marafonu-2018”in kişi qalibi isə ukraynalı İqor Olifirenko olub. O, 1 saat 5 dəqiqə 46 saniyə göstərici ilə 21 km məsafəni hamıdan tez qət edib.
İranlı Məhəmməd Cəfər Muradi 1 saat 8 dəqiqə 8 saniyə göstərici ilə ikinci, türkiyəli Ömər Alkanoğlu isə 1 saat 11 dəqiqə 19 saniyə göstərici ilə üçüncü olub.