!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakı Mədəniyyətlərarası Dialoq Forumunun rəsmi açılış mərasimi başlayıb

!Reklam – Yazi

IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun rəsmi açılış mərasimi başlayıb.

APA-nın məlumatına görə, mərasimdə Azərbaycan prezidenti İlham Əliyev iştirak edir.

Mərasimində prezident İlham Əliyev, YUNESKO-nun baş direktoru İrina Bokova, BMT baş katibinin Sivilizasiya Alyansı üzrə ali nümayəndəsi Nassir Əbdüləziz Əl-Nasser, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Kabinet rəhbəri Mario Lubetkin, BMT-nin Ümumdünya Turizm Təşkilatının baş katibi Taleb Rifai, İslam Əməkdaşlıq Təşkilatının baş katibi Yusif bin Əhməd Əl-Otaimin, İSESKO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveyciri, Avropa Şurası baş katibinin müavini Gabriella Battaini-Dragoni çıxışları, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının baş katibi Joze Graziano da Silvanın müraciətinin oxunması nəzərdə tutulur.

Qeyd edək ki, “Mədəniyyətlərarası dialoqun inkişafı: İnsan təhlükəsizliyi, sülh və davamlı inkişaf üçün yeni imkanlar” mövzusunda Forum UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Avropa Şurası, ISESCO-nun tərəfdaşlığı ilə keçirilir. Bu gün Forum çərçivəsində mədəniyyətlərarası və dinlərarası dialoq üzrə UNESCO kafedralarının 2-ci akademik forumu və UNESCO-nun İpək Yolu “Onlayn” Platformasının Beynəlxalq Şəbəkəsinin 3-cü toplantısı olacaq.

Bu gün həmçinin “Zorakı ekstremizmin qarşısının alınması üçün vasitə kimi dialoq və universal dəyərlərə dəstək” mövzusunda plenar sessiya çərçivəsində müzakirələr aparılacaq, beynəlxalq təşkilatların yüksək səviyyəli görüşü keçiriləcək.

Forum çərçivəsində 40-dək sessiya və tədbir keçiriləcək.

Forumda iştirak etmək üçün 120-dək ölkə rəsmisi, 39 beynəlxalq təşkilatdan nümayəndələr, 50-dən çox qeyri-hökumət təşkilatı qeydiyyatdan keçib. Ümumilikdə tədbirdə təqribən 800-dən çox xarici nümayəndə iştirak edir. Buraya yüksək səviyyəli dövlət və hökumət rəsmiləri, beynəlxalq təşkilatların rəhbərləri, parlament sədrləri, alimlər, səfirlər, tanınmış şəxslər, 30-dan çox nazir səviyyəsində iştirakçı daxildir. Ölkəmizdə ilk dəfədir ki, 25-dən çox beynəlxalq təşkilat rəhbər səviyyəsində eyni tədbirdə iştirak edir və onlar dünyanın ən nüfuzlu beynəlxalq institutlarıdır.

Yeniçağ.az

www.yenicag.az

707
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv