Bakı məktəblərindəki müəllimlərin MAAŞI açıqlandı

Bakı məktəblərində çalışan müəllimlərin orta aylıq əmək haqqının məbləği açıqlanıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Yenicag.az-a bildirilib ki, 2021-2022-ci tədris ilində İdarənin tabeliyindəki ümumi təhsil müəssisələrində çalışan müəllimlərin orta aylıq əmək haqqı 778 manat təşkil edib.