Bakı meri də partlayış baş verən yerdədir – FOTO

Səbail rayonu, Tərlan Əliyarbəyov 9 ünvanında yerləşən gecə klubunda güclü partlayış baş verib.

Partlayış nəticəsində xəstəxanaya yerləşdirilən 24 nəfərdən bəzilərinin adı məlum olub.

Yenicag.az xəbər verir ki, Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Eldar Əzizov da hazırda partlayış baş verən ərazidədir.

Qeyd edək ki, fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev hadisə yerindədir.