Bakı meriyasının qarşısında piket keçirildi – FOTOLAR/VİDEO

Milli Şuranın Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) binası qarşısında təyin etdiyi piket baş tutub.

Yenicag.az xəbər verir ki,, BŞİH ilə razılaşdırılmış piketin keçirildiyi ərazidə polis sıx təhlükəsizlik tədbirləri həyata keçirib.

BŞİH-nin binası qarşısına 50 nəfər buraxıldıqdan sonra digər şəxslər ərazidən uzaqlaşdırılıb.

Polisin aksiyada iştirak üçün gələn digər şəxsləri ərazidən uzaqlaşdırması cəhdi müəyyən qarşıdurmaya səbəb olub. Nəticədə bir neçə nəfər saxlanılıb.

Paytaxtın mərkəzi meydanlarında kütləvi aksiyaların keçirilməsinə icazə verilməsi tələbi ilə təşkil olunan piket qətnamənin oxunması ilə başa çatıb.

Foto müəllifə məxsusdur

Səxavət Məmməd

COP29