“Bakı Metropoliteni” 1 milyon manatlıq video-müşahidə sistemi alır

“Bakı Metropoliteni” QSC “Bənövşəyi” xəttinin “Xocəsən” elektrik deposunda analitik video-müşahidə sistemi qurulmasına dair elan etdiyi açıq tenderə yekun vurub.

Yenicag.az dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi “İnfinitech” MMC-dir.

Qalib şirkətə 918 min manat ödəniləcək.