Ötən gün axşam saatlarından fəaliyyətini dayandıran “Bakı Metropoliteni” işini bərpa edib.
Yenicag.az xəbər verir ki, bir neçə dəqiqə öncə metronun qapıları sərnişinlərin üzünə açılıb.
Bu gün səhər “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirmişdi ki, elektrik enerjisi tam təmin edilənə qədər metro sinaq rejimində çalışacaq.