!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakı Metropoliteni payız-qış rejiminə keçir – İnterval 2 dəqiqə olacaq

!Reklam – Yazi

“İntervallar qrafikə uyğun olaraq, minimal həddə çatdırılacaq, yəni 2 dəqiqəlik interval olacaq”.

Bu fikirləri “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti (QSC) mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Yenicag.az-a açıqlamasında bildirib.

Metropoliten rəsmisi vurğulayıb ki, sentyabrın 16-dan etibarən, ölkə ərazisində yeni tədris ilinin yaxınlaşması ilə əlaqədar Bakı Metropolitenində nəzərdə tutulan hazırlıqlar tamamlanmaq üzrədir: “Hər il Bakı Metropolitenində iki qrafik tətbiq olunur. Yay mövsümü başayanada yay, payız mövsümü ərəfəsində isə payız-qış qrafikinə keçilir. Hazırda payız-qış qrafikinə hazırlıq çərçivəsində son işlər görülür. Qatarların hərəkət intervalı qrafikə uyğun olaraq, minimal həddə çatdırılacaq – yəni 2 dəqiqəlik interval olacaq. Eyni zamanda, pik saatlarda xəttə buraxılan qatarların sayı da artırılacaq. Yeni qrafikin tətbiq olunacağı tarix yaxın zamanlarda ictimaiyyətə açıqlanacaq”.

www.yenicag.az

2573
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv