!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qatar üstündən keçdi, qadın sağ qaldı - Bakı metrosunda

!Reklam – Yazi

Bakı Metropoliteninin “İnşaatçılar” stansiyasında 42 yaşlı qadın qatar gələn an relsin üstünə düşüb.

Yenicag.az APA-ya istinadən xəbər verir ki, “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəisi Nəsimi Paşayev faktı təsdiqləyərək, bildirib ki, xoşbəxtlikdən relslərin arasında qalan qadın heç bir xəsarət almayıb.

“Həzi Aslanov”dan “Dərnəgül”ə gələn qatar “İnşaatçılar” stansiyasına çatan zaman qadının epilepsiyası tutub və relsin üstünə düşüb. Qatar isə onun üstündən keçib. Xoşbəxtlikdən qadın relslərin arasında qalıb. Heç bir xəsarət almayıb. Stansiyaya təcili tibbi yardım briqadası dəvət olunub və qadına müdaxilə edilib”, – deyə Nəsimi Paşayev bildirib.

Məlumata görə, 1976-cı il təvəllüdlü Məmmədova Sevinc Rafiq qızı 1 saylı Şəhər Kliniki Xəstəxanasına aparılıb.

İnsidentlə əlaqədar qatarın hərəkətində 5 dəqiqə gecikmə olub.

Hazırda qatarlar normal iş rejimində hərəkət edir.

www.yenicag.az

1793
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv