“Bakı Metropoliteni”ndən vətəndaşlara şad XƏBƏR

Nazirlər Kabineti yanında Operativ Qərargah “COVID-19” pandemiyası ilə əlaqədar tətbiq edilmiş xüsusi karantin rejimi dövründə bir sıra məhdudiyyətləri ləğv edib.

Yenicag.az “Bakı Metropolieni” QSC-yə istinadən xəbər verir ki, bununla əlaqədar son günlər paytaxtın ictimai sərnişindaşıma nəqliyyatı sahəsində gediş haqqının karta yüklənməsi üçün sərnişinlərin terminallardan istifadəyə olan tələbatının artması müşahidə olunur.

Bakı Nəqliyyat Agentliyindən daxil olan, habelə vətəndaşların çoxsaylı müraciətləri nəzərə alınaraq, “BakıKart” istifadəçilərinin rahatlığını təmin etmək məqsədilə, “Bakı Metropoliteni” QSC-nin rəhbərliyi stansiya vestibüllərinin yalnız ödəmə terminallarından istifadə üçün açılmasına qərar verib.

İctimai nəqliyyatın sərnişindaşıma fəaliyyəti göstərmədiyi şənbə və bazar günləri istisna olmaqla, qalan günlər ərzində vestibüllər açıq olacaq. Həmçinin ödəmə məqsədilə vestibüllərdən istifadə edilməsinin zəruriliyini, intensivliyini və s. öyrənmək, zəruri tədbirləri görmək üçün müvafiq monitorinqlər aparılacaq.

Lakin xüsusi olaraq diqqətə çatdırılır ki, stansiyaların digər ərazilərinə daxil olmaq, o cümlədən platformadan keçməklə əks istiqamətdəki çıxışa doğru hərəkət etmək qəti qadağandır.

Sərnişinlərdən mövcud qaydalara riayət etmələri xahiş olunur və bildirilir ki, stansiya ərazisinə daxil olarkən mütləq qaydada tibbi maska düzgün taxılmalı və sosial məsafə gözlənilməlidir.

COP29