Bakı Metropolitenindən xəbərdarlıq

1469690474_yenisumqayit-az-6Sabahdan etibarən “Cəfər Cabbarlı” stansiyasının 1-ci yolu təmir-bərpa işlərinin aparılması ilə əlaqədar qısamüddətli bağlanacaq.

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətindən Yeniçağ.az-a verilən məlumata görə, təmir-bərpa işlərinin təxminən 2 həftə davam etməsi planlaşdırılır.

“Xətai” stansiyasına gedəcək sərnişinlər “Cəfər Cabbarlı” stansiyasının 2-ci yolundan istifadə edə bilərlər.

 

Yeniçağ.az