Bakı metrosu fəaliyyətini bərpa edir? – AÇIQLAMA

“Bakı Metropoliteni” fəaliyyətə tam hazır vəziyyətdədir.

Yenicag.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

O bildirib ki, dünən və bu gün metronun açılacağı tarixlə bağlı heç bir məlumat verilməyib:

“Metroda infrastruktur hazır vəziyyətdə saxlanılır. Biz də fəaliyyətə başlamaq üçün qərar gözləyirik. Yaxın zamanda metronun fəaliyyəti bərpa olunarsa, qurum olaraq sərnişinlərimizin xidmətində olacağıq”/Oxu.az/