Bakı metrosu yeni qrafikə keçir

a591cafe603323bd0906184a555a20d9er“Yeni tədris ilinin başlanması, qış mövsümünün yaxınlaşması ilə əlaqədar olaraq Bakı metrosunun bütün stansiyalarında sərnişin axınının nəzərə çarpacaq dərəcədə artması proqnozlaşdırılır ki, bu da maksimum hərəkət ölçüləri – saatda 30 cüt qatar hərəkət qrafikinin istifadə olunması zərurətini doğurur”.

Bunu açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib.

Nəsimi Paşayev bildirib ki, bunları nəzərə alaraq sərnişindaşıma qabiliyyətini artırmaq, sərnişinlərə xidmət səviyyəsini yüksəltmək, hərəkət tərkiblərindən daha da səmərəli istifadə etmək məqsədilə sentyabrın 15-dən Bakı metrosu qış qrafikinə keçir.
Beləliklə qatarların sayı artırılmaqla qatarlararası interval da azaldılır. Belə ki, “Həzi Aslanov” – “28 may” stansiyaları arasında hərəkət intervalı 2 – 2.5 dəqiqə (pik və qeyri-pik saatlarda) olacaq. “28 may” – “Dərnəgül” və “28 may” – “İçərişəhər” stansiyaları arasında isə maksimum interval müvafiq olaraq 4-5 dəqiqə olacaq.

Qeyd edək ki, iyul ayından Bakı metrosunda “yay qrafiki” tətbiq edilirdi. Belə ki, xətlərdə saatda 24 cüt qatar tərkibi hərəkət edirdi və qatarlararası interval artırılmışdı(aznews).