Bakı metrosunda bədbəxt hadisə

Bakı metrosunda arzuolunmaz hadisə yaşanıb.

Yenicag.az xəbər verir ki, saat 12:55 radələrində metronun “İçərişəhər” stansiyasında sərnişin qatar yoluna (relslərin üstünə) yıxılıb.

Hadisə vaxtı qatar hərəkəti olmayıb. Hazırda gərginliyi kəsib sərnişini çıxartmağa cəhd göstərilir.

Bu səbəbdən xətdə müəyyən gecikmə olacaq.