Bu gün “Bakı Metropoliteni” QSC-nin “Gənclik” stansiyasında sərnişinin intihara cəhd etdiyi xəbəri yayılıb.
Yenicag.az xəbər verir ki, metropolitenin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev həmin gəncin əslində intihara cəhd etmədiyini deyib.
“Paylaşdığım bu xəbərdə adı çəkilən Elvin Zülfüqarov əslində özünü relslərin üstünə atmadığını, xəstəlik səbəbindən başının fırlandığını və yıxıldığını bildirib.
Polisə izahatında da eyni ifadələrə yer verib. Adı çəkilən şəxs müraciət edərək xəbərin yanlış olduğunu və ailəsində, tanışlarında narahatlıq yaratdığını bildirib. Mən də bu xəbəri paylaşan dostlardan xahiş edirəm ki, xəbərə düzəliş etsinlər. Günahı da yazın mənim ayağıma, üzrlü sayın”, deyə açıqlama verib.
***
Bu gün saat 13:45-də “Bakı Metropoliteni” QSC-nin “Gənclik” stansiyasında sərnişin intihara cəhd edib.
Yenicag.az xəbər verir ki, 1997-ci il təvəllüdlü Elvin Əli oğlu Zülfüqarov dostu ilə mübahisə edib və özünün relslərin üstünə ataraq qatarın gəlməsini gözləyib.
O, stansiyadakı polis əməkdaşlarının iştirakı ilə intihara cəhd edən şəxs qatar yolundan çıxarılıb.
Metropolitenin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev sosial media hesabında bu haqda məlumat verib.