Bakı metrosunda HƏYƏCANLI ANLAR

“Gənclik” stansiyasının vestibülündə bir sərnişinin əlindən içində xlor maddəsi olan şüşə balon düşüb.

Yenicag.az xəbər verir ki, maye buxarlanması olub. Dərhal müvafiq tədbirlər görülüb, o cümlədən balonun düşdüyü yer təmizlənib.

Sərnişinlərin təhlükəsizliyinə xələl gətirə biləcək hadisə baş verməyib.