Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Koronavirus
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Bakı metrosunda intervalda gecikmə oldu – SƏBƏB

Bakı metrosunda qatarların hərəkətində gecikmə olub.

Yenicag.az xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq “Bakı Metropoliteni”Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

O bildirib ki, gecikməyə səbəb qatarlardan birinin vaqonunda qan izlərinin aşkarlanması olub: “Metronun “Həzi Aslanov”stansiyasında qatarlardan birinin vaqonunda maşinist qan ləkələri görüb. Dərhal sanitar-gigiyenik normalara uyğun olaraq maşınist aidiyyəti üzrə məlumat verib və qatar saxlanılıb. Vaqona xadimə çağrılıb və qan ləkələri silinib təmizləndikdən sonra qatarın reysə buraxılmasına icazə verilib”.

B.Məmmədov bildirib ki, bu səbəbdən qatarların hərəkətində intervaldan artıq iki dəqiqə gecikmə yaranıb: “Artıq interval bərpa olunub və gecikmə yoxdur”.

www.yenicag.az

152
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100