Bakı metrosunda intihar

Bakı metrosunda intihar hadisəsi baş verib.

Yenicag.az APA-ya istinadən xəbər verir ki, hadisə 22:15 radələrində qeydə alınıb.

Belə ki, 20-25 yaşlarında kişi özünü qatarın altına atıb. Onun üzərində şəxsiyyətini təsdiq edən sənəd olmayıb.

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev APA-ya açıqlamasında bildirib ki, hadisə ilə əlaqədar qatarın “Ulduz” stansiyasından “Həzi Aslanov” stansiyasına hərəkətində 20 dəqiqəlik fasilə yaranıb.

Hazırda meyit çıxarılıb və qatarların hərəkətləri bərpa olub.

***

Artıq özünü qatarın altına ataraq intihar edənin kimliyi müəyyənləşdirilib. “Bakı Metropoliteni” QSC-nin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri Nəsimi Paşayev bildirib ki, bu, 1995-ci il təvəllüdlü Gəncə şəhər sakini Mustafazadə Rəşad Əlixan oğludur.

COP29