Bakı metrosunda işıqlar söndü – Həyəcanlı anlar

Bakı metrosunun “Gənclik” stansiyasında bu gün saat 09:30 radələrində işıqlar sönüb.

Yenicag.az xəbər verir ki, bu barədə məlumatı həmin vaxt sözügedən stansiyada olan sərnişinlərdən biri məlumat verib. Bildirib ki, sərnişinlər həmin vaxt narahatlıq hissi yaşayıblar.

Məsələ ilə bağlı Bakı Metropoliteni QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov Metbuat.az-a açıqlamasında hadisənin baş verdiyini təsdiq edib:

“Metropolitenə gələn elektrik xəttində gərginlik düşüb. Həmin anda işıqlar qəfil reaksiya verərək sönüb. Avtomatik olaraq ehtiyat mənbələr qoşulub. Problem təxminən 20-30 saniyə çəkib. Qatarın hərəkəti və sərnişin təhlükəsizliyi ilə bağlı heç bir problem yaşanmayıb”.

COP29