Cümhuriyyətin 100 illiyi ilə əlaqədar Bakı Metropolitenində fləşmob keçirilib.
Yenicag.az xəbər verir ki, metroya daxil olan bütün sərnişinlərə Azərbaycan bayrağı hədiyyə edilib. Bundna əlavə qatarlarda Azərbaycanın Ümumilli lideri Heydər Əliyevin ifasında Səməd Vurğunun “Azərbaycan” şeirinin bir bəndi səsləndirilib. Daha sonra fləşmob iştirakçıları şeirin digər bəndlərini də ifa ediblər.
Qeyd edək ki, Azərbaycvan prezidenti İlham Əliyev 2018-ci ilin Cumhuriyyət İli elan olunması barədə göstəriş verib: “Bu il biz müstəqilliyimiz 100 illiyini qeyd edəcəyik. 100 il bnundna əvvəl müsəlman aləmində ilk dəfə demokratik respublika yaradılmışdır. Biz fəxr edirik ki, bu respublikanı Azərbaycan xalqı yaradıb. Bir daha bütün dünyaya nümayiş etdirib ki, Azərbaycan xalqı böyük, istedadlı, azad xalqdır. Bunu nəzərə alaraq mən 2018-ci ili Azərbaycan Xalq Cümhuriyyəti ili elan edirəm. İl ərzində həm ölkəmizdə, həm də xaricdə bununla bağlı bir çox tədbirlər keçiriləcəkdir”.