Bakı metrosunda Milli Musiqi Günü xüsusi proqramla qeyd ediləcək

“Bakı Metropoliteni” QSC 18 Sentyabr – Milli Musiqi Gününü xüsusi layihə ilə qeyd edəcək.

Bu barədə Yenicag.az-a qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, konsert proqramı dörd stansiyada təqdim ediləcək:

“Metropolitendən istifadə edən sərnişinlərə bayram ovqatı bəxş etmək məqsədilə sentyabrın 18-də sərnişin axını daha çox olan bir neçə stansiyanın vestibülündə konsert proqramları təşkil olunacaq”.

Musiqi proqramına milli və klassik musiqi nümunələri daxildir. Budəfəki proqramda canlı musiqi “İçərişəhər”, “Sahil”, “28 May” və ” Elmlər Akademiyası” stansiyalarında aşağıda göstərilən saatlarda səsləndiriləcək:

– “İçərişəhər” stansiyası – saat 11:00-12:30;

– “Sahil” stansiyası – saat 12:00-13:30.

– “28 May” stansiyası – saat 13:00-14:30;

– “Elmlər Akademiyası” stansiyası – saat 14:00-15:30./Trend/