Bakı metrosunda növbəti ajiotaj

241683Bu gün səhər saatlarında Bakı Metropoliteninin “20 Yanvar” stansiyasında kartyükləmə aparatlarının işində problem yaranıb və bu səbəbdən həmin stansiyada böyük sərnişin sıxlığı yaranıb.

Stansiyanın girişində quraşdırılmış “BakıKart”ın 5 kartyükləmə aparatından 3-ü işləməyib.

“BakıKart” əməkdaşları sərnişinlərə aparatların qəpik qəbul etmədiyini, ancaq kağız pul yükləmək mümkün olduğunu bildiriblər. Sərnişinlərin verdiyi məlumata görə, bir müddət sonra həmin aparatlar ümumiyyətlə pul qəbul etməyib. Təxminən 1 saat ərzində texniki işçilərin bir neçə dəfə müdaxilə etməsinə baxmayaraq, həmin aparatların işə salınması mümkün olmayıb.

Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev sayta açıqlamasında hazırda həmin stansiyada 1 kartyükləmə aparatının işləmədiyini və tezliklə həmin problemin də aradan qaldırılacağını bildirib.(Report)