!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakı metrosunda ÖLÜM - BDU-nun müəllimi vəfat etdi

!Reklam – Yazi

Bakıda metroda ölüm hadisəsi baş verib.

Yenicag.az xəbər verir ki, bu barədə Bakı Metropoliteni QSC-nin Mətbuat Xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.

O qeyd ki, hadisə səhər saat 08:10-da metronun “28 May” stansiyasında baş verib.

“Sərnişin qatarda özünü pis hiss edib. “28 May” stansiyasında o qatardan düşürülüb və təcili yardım çağırılıb. Təcili tibbi yardım hadisə yerinə çatana qədər həmin şəxs dünyasını dəyişib. Dünyasını dəyişən şəxs yaşlı kişidir”, – deyə B.Məmmədov bildirib.

***

Bu gün səhər saatlarında metronun “28 May” stansiyasında vəfat edən şəxs Bakı Dövlət Universitetinin Kimya fakültəsinin Analitik kimya kafedrasının baş müəllimi Əhməd Babayev olub.

Bu barədə universitetdən məlumat verilib. Bildirilib ki, ki, 72 yaşlı müəllimin qəfildən halı pisləşib və vəfat edib.

 

 

www.yenicag.az

673
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv