Bakı metrosunda problem – Qatarlar gecikdi

Bakıda metroda problem yaranıb.

Bu barədə Yenicag.az-a “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, hadisə “Həzi Aslanov”-“İçəri şəhər” xətti üzrə hərəkət edən qatarda baş verib: “Vaqonun qapısında qəfil problem yaranıb. Maşinişt problemi aradan qaldırıb və hərəkət davam edib. Nəticədə qatarların ümumi intervalında 5 dəqiqə gecikmə yaranıb”.