Bakıda metroda problem yaranıb.
Yenicag.az xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” Qapalı Səhmmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib. O, bildirib ki, hadisə bu gün saat 10:55 radələrində metronun “Sahil” stansiyasında baş verib.
Onun sözlərinə görə, metropolitenə gələn elektrik xəttində gərginlik qəfil düşdüyündən stansiyanın eskalatorları və işıqlandırma sistemi dayanıb.
Təxminən 3 dəqiqə ərzində problem aradan qaldırılıb.
B.Məmmədov bildirib ki, hadisə qatarların hərəkətinə mane olmayıb və intervalda gecikmə yoxdur.
Hadisə nəticəsində sərnişinlər arasında xəsarət alan olmayıb.