Nizami” – “28 May” tunel yolu mənzilində qatar maşinisti tüstülənmə müəyyən edib, dərhal dispetçer mərkəzinə məlumat verib”.
Bununla bağlı “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Yenicag.az-a açıqlama verib. B.Məmmədov bildirib ki, Bakı metropoliteni normativ tələblərinə uyğun olaraq, dərhal yüksək gərginlik çıxarılıb, FHN-in aidiyyəti quruma məlumat verilərək, yanğınsöndürmə qrupu dəvət edilib. “Nizami” stansiyası sərnişinlərin girişinə bağlanılıb.
Tüstülənmənin mənbəyi dərhal müəyyən edilib.
İşıqlanma kabelində tüstülənmənin qarşısı alınıb. Sərnişinlərin və hərəkət təhlükəsizliyi ilə bağlı hər hansı neqativ hal yaşanmayıb.
25 dəqiqədən sonra qataraların hərəkəti bərpa olunub”, – deyə o qeyd edib.
***
Bakı metrosunda “Həzi Aslanov”-“Dərnəgül” istiqamətində hərəkət edən qatarlarda problem yaranıb.
Yenicag.az xəbər verir ki, “Ulduz” stansiyasında sərnişinlər qatardan düşürülüb, qatar boş yola salınıb. Metroda olan sərnişinlər bildirib ki, stansiyaya gələn növbəti qatar 20 dəqiqədən çoxdur ki, hərəkət etmədən dayanıb.
Problemin səbəbini dəqiqləşdirməyə çalışırıq.
Nəsimi Ələsgərli