Bakı metrosunun “Nizami” stansiyasında vaqonlar boşaldılıb.
Yenicag.az xəbər verir ki, Bakı Metropoliteninin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bu barədə məlumat yayıb.
“Saat 18:37-də “Həzi Aslanov-Dərnəgül” xətti ilə hərəkət edən qatar nasazlıq səbəbilə “Nizami” stansiyasından depoya göndərilib. Əvəzinə ehtiyat qatar xəttə verilib”, – o qeyd edib.
Qurum rəsmisi əlavə edib ki, sərnişinlər “Nizami” stansiyasında düşürülüb.