Bakı metrosunda qanlı olay – Polis şübhəli şəxsi saxladı

Bu gün axşam saatlarında Bakı metrosunda dəhşətli hadisə baş verib.

Yenicag.az xəbər verir ki, metronun “Nəsimi” stansiyasında bıçaqlanma hadisəsi qeydə alınıb.

Belə ki,  təxminən 19:30 radələrində ərlə arvad mübahisə edib. Mübahisənin sonu qanla bitib.

Arvadına iki bıçaq zərbəsi yetirən ər  şübhəli bilinərək polis tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.