Bakı metrosunda qatar adam vurdu

Bu gün Bakı Metrosunda xoşagəlməz hadisə baş verib.

Yenicag.az-ın məlumatına görə, saat 13:41-də metronun Neftçilər stansiyasında qatar platformada dayanan gənci vurub.

Məlumata görə, hadisə nəticəsində 30 yaşlarında olan gənc oğlan başından zədə alıb və qolu sıyrılıb.

Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov faktı təsdiqləyib: “Bu gün saat 13:41-də “Neftçilər” stansiyasına daxil olarkən qatarın güzgüsü platformada dayanan gəncə dəyib. Sərnişin hüdud səddini keçdiyindən və stansiyanın girişində dayandığından sürücü dərhal reaksiya verə bilməyib. Sərnişin təcili tibbi yardımın çağırılmasını istəməyib. Bununla belə hadisə yerinə təcili tibbi yardım briqadası çağırılıb. Xəsarət yüngül olub”./APA/