Bakı metrosunda qatar tuneldə qalıb

“Həzi Aslanov” – “Dərnəgül” istiqamətində 35 saylı marşrut üzrə hərəkət edən qatarın qapılarında nasazlıq yaranıb”.

Yenicag.az xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev məlumat verib.

N.Paşayev qatarda baş verən nasazlığa görə sərnişinlərin “28 May” metrostansiyasında boşaldıldığını qeyd edib.

“Saat 18:45-də “Nizami” stansiyasından qatarı geri depoya göndərdik. Təəssüf ki, qatar indi də “28 May” – “Gənclik” stansiyaları arasında qalıb. Hazırda başqa qatarın köməkliyi ilə onu xətdən çıxartmağa çalışırıq”, – deyə qurum rəsmisi əlavə edib.

COP29