!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakı metrosunda qatarda problem yarandı

!Reklam – Yazi

Bakı metrosunda qatarda problem yaranıb.

Bu barədə Yenicag.az-a “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

O bildirib ki, hadisə bu gün səhər saat 07:59-da “Dərnəgül” – “Həzi Aslanov” istiqamətində hərəkətdə olan qatarda baş verib:

“İnşaatçılar” stansiyasında dayanan qatarın qapılarından birində problem yaranıb. Problem aradan qaldırılıb və qatar xətt üzrə hərəkətini davam etdirib. Yaranmış texniki nasazlıq səbəbindən qatarların intervalında 5 dəqiqə gecikmə yaranıb”.

www.yenicag.az

18812
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv