Bakı metrosunda qatarlar gecikir – İnterval 9 dəqiqəyə çıxdı

Bakı metrosunda “yaşıl xətt” üzrə – “Əhmədli-Dərnəgül” marşrutu istiqamətində qatarların hərəkətində gecikmə qeydə alınıb.

Yenicag.az xəbər verir ki, bu gecikmə stansiyalarda sərnişin sıxlığına səbəb olub.

Hazırda qatarların hərəkəti 9 dəqiqəlik intervalla təmin edilir.

Qeyd edək ki, “Bakı Metropoliteni” QSC-dən sözügedən məsələ ilə bağlı açıqlama verilməyib.