Bakı metrosunda şok hadisə – Tunellə qaçdı

Bakı Metropolitenində qeyri-adi hadisə yaşanıb.

Yenicag.az xəbər verir ki, sərnişinlərdən biri özünü metronun “İnşaatçılar” stansiyasında qatar yoluna ataraq, tunel boyu “Elmlər Akademiyası” stansiyasına doğru qaçmağa başlayıb.

Bu haqda “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev sosial şəbəkədə məlumat verib:

“Saat 18:50 radələrində Bakı Metropoliteninin “İnşaatçılar” stansiyasında bir nəfər şəxs özünü qatar relslərinin üzərinə atıb. Lakin bu əməl intihar məqsədli olmayıb. Həmin şəxs özünü qatar yoluna atdıqdan sonra tunel boyu “Elmlər Akademiyası” stansiyasına doğru qaçmağa başlayıb. Məhz bundan sonra dərhal hüquq-mühafizə orqanlarına məlumat verilib və qatarların hərəkəti məhdudlaşdırılıb. Əməliyyat axtarış tədbirləri nəticəsində məlum olub ki, həmin şəxs 1992-ci il təvəllüdlü Şəmkir rayon sakini Ələsgərov Tamerlan Rövşən oğludur. Hadisə nəticəsində qatarların hərəkətində 10 dəqiqə gecikmə olmasına baxmayaraq, hazırda hərəkət yenidən bərpa olunub”.

COP29