Bakı metrosunda qorxulu hadisə

metro_sixliq_0124Bu gün səhər saatlarında Bakı metrosunda həyəcanlı anlar yaşanıb.

“Həzi Aslanov” – “İçərişəhər” xətti ilə hərəkət edən qatar “Gənclik” stansiyasına çataçatda, qatar tuneldə ikən təxminən 28-30 yaşlı bir qadın huşunu itirərək yıxılıb.

Dili qatlanan qadını sərnişinlər son anda ölümdən xilas edə biliblər.

Qadın “Gənclik” stansiyasında platformaya düşürülərək, təcili tibbi yardım briqadası çağırılıb.