!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakı metrosunda sərnişin öldü - Həkimsiz qalan yeraltı dünya - VİDEO

!Reklam – Yazi

Bakının ən tələbatlı nəqliyyat vasitəsi olan metroda tez-tez sərnişinlərin halının pisləşməsi faktlarına rast gəlirik. Belə hadisələr bəzən faciəvi sonluqla da bitir.

Bu, ilk hadisə deyil, yəqin ki, sonuncu da olmayacaq. Çünki hadisə yerinə çağırılan təcili tibbi yardım maşınının gecikdiyi hər dəqiqə halı pisləşən sərnişinin həyatından gedir.

Belə durumda “niyə Bakı metrosunda həkim yoxdur” sualı ortaya çıxır. Qeyd etdiyimiz problem bir sıra qabaqcıl ölkələrdə öz həllini tapıb. Məsələn, çox uzağa getməyək, Moskva metrosunun əsas stansiyalarında tibb məntəqələri fəaliyyət göstərir. Bəs, o əjdahadan bizdə niyə yoxdur?

Yenicag.az-a açıqlama verən “Bakı Metropoliteni”nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, sözügedən məsələ gündəmdə deyil:

“İlkin tibbi yardım göstərmək üçün təcili tibbi yardım maşını çağırırıq. Metropoliten sərnişin daşıma ilə məşğuldur. Burada xüsusi qaydalar, tələblər var. Təcili tibbi yardım maşınının gecikməsi nəticəsində sərnişinin dünyasını dəyişməsi hadisəsi qeydə alınmayıb. Sonuncu dəfə metroda dünyasını dəyişən sərnişin də öz əcəli ilə vəfat edib. Həmin sərnişin üçün də təcili tibbi yardım maşını dəvət olunub. Bu, mənim səlahiyyətimdə olan məsələ deyil. Bu məsələ ilə bağlı müzakirələrin getdiyini eşitməmişəm. Amma maraqlanacam. Biz sənişinlərə ancaq ilkin yardım göstəririk”.

Mövcud problemlə bağlı Səhiyyə Nazirliyi ilə də əlaqə saxladıq. Lakin, dövlət qurumundan zəngimizə cavab verən olmadı. Məsələni diqqətdə saxlayacağıq.

Emin Səfərov

www.yenicag.az

4212
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv